Göygöldə məişət zorakılığı

Göygöldə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müşavirəsi keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, müşavirədə komitə sədrinin müavini Sədaqət Qəhramanova, rayon İcra Hakimiyyəti Aparatının rəsmiləri, Qeyri Hökümət Təşkilatı nümayəndələri və bələdiyyə sədrləri iştirak edib. Cəmiyyətdə davam edən məişət zorakılığının müzakirə olunduğu tədbirdə sözügedən problemin həlli yolları araşdırılıb. Bildirilib ki, Azərbaycan höküməti tərəfindən cəmiyyətdə məişət zorakılığının aradan qaldırılması istiqamətində qanun qəbul edilib. Bu qanunun bölgələrdə təbliği və əhalinin maarifləndirilməsi ən başlıca şərtdir. Aparılan araşdırmanın nəticələrinə görə, vətəndaşların əksəriyyəti məişət zorakılığını kişilərin qadınlara olan pis rəftarı ilə əlaqələndirir. Ancaq məişət zorakılığı təkcə bu amillə yekunlaşmır.

Erkən nigahlar məsələsinə də toxunan Sədaqət Qəhramanova bu tip faktların qaldığını deyib. Xüsusən rayon və ucqar kənd yerlərində erkən nigah halların olduğu ilə bağlı məlumatlar komitəyə daxil olur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə