Abel Məhərrəmov: “Bütün türk dünyasının vahid himni yazılmalıdır”-MÖVQE

Abel Məhərrəmov: “Bütün türk dünyasının vahid himni yazılmalıdır”-MÖVQE

Bütün türk dünyasının vahid himni yazılmalıdır. SİA-nın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, bu gün Türkiyə və Azərbaycan tərəfinin birgə tədbirləri keçirilirsə və yaxud türk xalqlarının birgə konfransı təşkil edilirsə, o zaman bütün ölkələrin himnini çaldırmaq məcburiyyətində qalırıq: "Bu səbəbdən də məsələni qaldırmaq və bütün türk dünyasının vahid himnini yazmaq lazımdır. Bu himn bizim birliyimizi daha da möhkəmləndirəcək və hamımız bu himn altında birləşəcəyik".

Bu gün dünyadan 5 milyard insanın olduğunu deyən rektor qeyd edib ki, onların arasında ylanız 2 müsəlman Nobel mükafatı alıb. Bunlardan birinin misirli, digərinin isə pakistanlı olduğunu deyən A.Məhərrəmov vurğulayıb ki, hər bir müsəlman üçün mühit yaransa, onlar Nobel mükafatı ala bilər.

"Niyə türk dünyasında Nobel mükafatı alan olmasın?. Bu gün dünyada 500 Nobel mükafatı laureatı alan var və onların 70-80% amerikalılardan ibarətdir. Nobel mükafatı laureatlaırnı türk dünyasında da hazırlanmalıyıq. Müəllimlərin zəhmətini heç vaxt qaytarmaq olmaz. Ancaq vətəndaş, elmi təəssübkeş kimi hər bir müəllim bilməlidir ki, bir sıra istiqamətlərdə qarşıya addım atmalıdır. XX əsr informasiya əsri idisə, XXI əsr nə əsridir? Bütün dünya qəbul etməlidir ki, XXI əsr elm, təhsilin inkişaf əsridir. Hamı bu istiqamətdə çalışır, pulunu bu tərəflərə yönəldir. Azərbaycan da bu modelnən gedir və təhsil, elm sahəsində əldə etdiyi uğurlar bundan sonra da davam edəcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə