Beynəlxalq Uşaq Gənclər Assosasiyasının üzvləri Bakıda görüşlərini davam etdirir

Beynəlxalq Uşaq Gənclər Assosasiyasının üzvləri Bakıda görüşlərini davam etdirir

May ayının 18-də prezident İlham Əliyevin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının təsdiq edilməsi barədə imzaladığı sərəncamla ölkəmizdə teatrların inkişafı istiqamətdə böyük irəliləyişlər əldə olunmaqdadır. Məhz buna bariz sübut kimi Mədəniyyət və Turizm nazirliyi tərəfindən Azərbaycana dəvət olunan Beynəlxalq Uşaq Gənclər Assosasiyası təşkilatının üzvlərini nümunə olaraq göstərmək olar.


Ötən gündən etibarən Bakıda səfərdə olan Assosasiya təşkilatının üzvləri bugün növbəti dəfə Azərbaycanlı teatr xadimləri ilə görüş keçirib. 16 ölkə nümayəndələrinin (Avstriya, Yaponiya, Çin, Hindistan və s.) iştirak etdiyi tədbirdə gələn il üçün nəzərdə tutulan planlardan geniş söhbət açılıb.


Beynəlxalq teatr əlaqələri üzrə ekspert Şaiq Səfərovun SİA-ya verdiyi məlumata görə, görüşün keçirilməsində əsas məqsəd xarici qonaqların daha çox Azərbaycanın tarixi, mədəniyyəti, teatr xadimləri ilə yaxından tanışlığı eləcə də teatrlarda səhnələşdirilən tamaşalara baxaraq, öz təcrübələrini tətbiq etmələridir. Görüşdə həmçinin Assosasiyanın bu ilin yayında nəzərdə tutulacaq qurultayına hazırlıq məsələləri müzakirə olunub. Bildirilib ki, Beynəlxalq Uşaq Gənclər Assosasiyası təşkilatı Azərbaycanlı teatr mütəxəssisləri ilə birlikdə 3 mövzuda ("Art-Marketinq", "Nağılların müasir yozumu", "Uşaq və Gənclər teatrında rəqs") tamaşalarını səhnələşdirəcək.


Qeyd edək ki, qonaqlar ötən gün Azərbaycan Rus Dram teatrında M.F.Axundovun "Dərvişi-Məstəli Şah" əsərinə tamaşa ediblər. Onların bir həftə ərzində Bakıda olacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə