Fevralın 2-də Türkiyənin Elazığ vilayətində "Azərbaycan" parkının açılış mərasimi olacaq. anspress.com saytının Elazığ bələdiyyəsinin internet saytına istinadən verdiyi məlumata görə, park Elazığ bələdiyyəsi və valiliyinin dəstəyi ilə yaradılıb. Ölkəmizin dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə ilə əlaqədar parka "Azərbaycan" adı verilib.
Parkın açılışında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları iştirak edəcəklər.
Parkda qardaş ölkələrimizin şəhidlərinin xatirəsinə abidə də ucaldılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB