Rəhim Qazıyev: “Zaman gələcək Ermənistan onu dəstəkləyən dövlətlərə qarşı düşmən olacaq” – MÜSAHİBƏ (SƏS TV)
Keçmiş müdafiə naziri Rəhim Qazıyevin SƏS TV-yə müsahibəsi:
- Sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 20 illiyi ilə bağlı keçirilən hərbi paradın rüsvayçı və acınacaqlı formada müşahidə olunması bu ölkədə hərbi quruculuğun sıfır dərəcəsində olmasının göstəricisi sayıla bilərmi?
- Ermənistan keçmiş sovet respublikaları arasında tək olaraq müstəqil dövlət kimi tanınmır. Ermənistan heç vaxt müstəqil olmayıb. Ermənistan Rusiyanın himayəsi altında özü istəməyərəkdən bu oyunlara qoşulan bir respublikadır. Həmin parada axıra kimi baxmamışam. Bugünkü vəziyyətdə dilimiz ona görə qısadır ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlaya bilməyimiz üçün maliyyə imkanlarımız olmayıb. Rusların, fransızların, amerikalıların və digər xaçpərəst dövlətlərin dəstəyi ilə Ermənistanın keçirdiyi parad məni qətiyyən maraqlandırmır. Buna baxmayaraq təbii ki, bu, parad deyildi, şou idi.
- Rusiyanın Gümrü şəhərindəki hərbi bazada xidmət edən əsgərlərin Ermənistan hərbçiləri adından paradda çıxış etmələri bu ölkənin müstəqil olmadığını və Moskvanın fortpostu olduğunu təsdiq edən bir fakt hesab etmək olarmı?
- Zaman gələcək və Ermənistan onu dəstəkləyən dövlətlərə qarşı düşmən mövqe tutacaq. Ermənistanda yaşayan erməni milləti elədir ki, onlara çörək verənlərin hər zaman əleyhinə çıxıblar. Ermənilər vaxt gələcək Rusiya və rus maraqlarını satacaq. Gec-tez ermənilər Rusiya dəyərlərini satıb Qərb dəyərlərinə maraq göstərəcəklər.
- Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistanın ordusunu müqayisə etsək ümumi nəticəni hansı faktlar və rəqəmlərlə görmək olar?
- Hazırda ordumuzun hansı səviyyədə olduğunu elə də dəqiq bilmirəm. 20 yaşlı ordumuzla torpaqlarımızın azad edilməsində müsbət nəticələr əldə edə bilərik. Ermənistanla Azərbaycan ordusunun müqayisəsi yersizdir. Bizim imkanlarımız hərtərəfli olaraq genişdir. Ancaq yenə də arxayın olmaq lazım deyil. Çünki erməniləri dəstəkləyən dövlətlər heç də zəif deyil.
- Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa Azərbaycan ordusuna işğal altında olan torpaqlarımızı azad etmək üçün nə qədər vaxt lazımdır?
- Bunun üçün bir neçə faktor var. Burada güc və siyasi iradə daha önəmlidir. Azərbaycan xalqı bu müharibəyə başlayanda yumruq kimi bir olmalıdır. Belə olan halda iqtisadi qüdrətə malik Azərbaycana qısa zaman lazımdır ki, Ermənistanı diz çökdürsün.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB