İlin sonuna 1000 poçt avtomatlaşdırılmış sistemlə fəaliyyət göstərəcək

İlin sonuna 1000 poçt avtomatlaşdırılmış sistemlə fəaliyyət göstərəcək
Oktyabrın 1-nə kimi "Azərpoçt"un avtomatlaşdırılmış sisteminə qoşulan filial və şöbələrin sayı 800-ə çatacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, ilin sonuna kimi şöbələrin sayının 1000-ə çatdırılması nəzərdə tutulur: "Sistemə qoşulan 400-dən çox filial və şəbəkələr Mərkəzi Bankdan əhaliyə maliyyə xidmətlərinin göstərilməsi üçün icazə alıblar. Operatorlara yeddi maliyyə xidmətindən beşi üzrə xidmətin göstərilməsinə icazə verilib. Hazırda onlar poçt hesablarının açılması və idarə edilməsi, pulköçürmə, debit kartların emissiyası, müştərinin sifarişi üzrə valyutanın alış-satışı ilə bağlı əməliyyatlar aparır. Bu sıraya daha iki xidmətin - depozitlərin qəbulu və kredit kartlarının emissiyasının da daxil edilməsi nəzərdə tutulur".

Qeyd edək ki, hazırda sözügedən sistemə poçt operatorunun 710-a yaxın şöbə və filialı qoşulub. Onlardan 120-si paytaxt ərazisində yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com