28 iyun- 8 iyul tarixləri arasında "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə "Ölməyən ümidlər" layihəsi çərçivəsində Hyatt Regency otelinin Kişmiş zalında, BP Villada və Sanqaçal terminalında xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərinin satış sərgisi təşkil olunub.
"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, layihənin keçirilməsində məqsəd imkansız ailələrdən olan xəstə uşaqların müalicə və əməliyyat xərclərinin ödənilməsi üçün nəzərdə tutulmuş maliyyə məbləğinin toplanmasından ibarətdir.
Layihənin sonunda uşaqların təqdim etdiyi işlərdən gələn gəlir özlərinə çatdırılacaq, əlavə yığılan məbləğ isə 3 nəfər uşağın əməliyyat olunmasına sərf olunacaq.
Layihənin sponsorları BP Azərbaycan, Hyatt otellər şəbəkəsi, Airmed tibb Ltd. və "Ailə həkimi" jurnalıdır.
10 iyul 2011-ci il tarixində saat 11:00-da "İRƏLİ" Gənclik Mərkəzinin Şuşa zalında layihənin bağlanış mərasimi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB