Ceyhun Abadov mükafata layiq görülüb
Azərbaycanın zəngin kulinariya irsinin qorunması və müasir platformalarda təbliği istiqamətində fəaliyyət göstərən peşəkar aşpazlardan biri Ceyhun Abadovdur. Son dövrlər peşəkar fəaliyyəti ilə yanaşı sağlam qidalanma mövzusunda hazırladığı kontent və layihələrlə də diqqət çəkir. O, milli mətbəxin ənənəvi dadlarını qoruyaraq, qida məhsullarının keyfiyyətinə, düzgün hazırlanmasına və sağlam qidalanma prinsiplərinə xüsusi önəm verir.
Ceyhun Abadovun yanaşmasında milli mətbəx yalnız yeməklərin hazırlanması deyil, həm də Azərbaycanın mədəni irsinin, qonaqpərvərlik ənənələrinin və kulinariya dəyərlərinin gələcək nəsillərə ötürülməsidir. O, ənənəvi Azərbaycan yeməklərini müasir restoran mədəniyyəti ilə birləşdirərək onların daha geniş auditoriyaya təqdim olunmasına çalışır.
Ceyhun Abadov eyni zamanda Bakıda fəaliyyət göstərən Şərq Restoranının Şefi və General Meneceri kimi fəaliyyət göstərir. Burada Azərbaycan və Şərq mətbəxinin müxtəlif nümunələrinin təqdim olunması ilə yanaşı, mətbəxin iş prinsipləri, məhsulların keyfiyyəti, yeməklərin hazırlanması və təqdimat standartlarına nəzarət də onun fəaliyyət istiqamətlərinə daxildir. Ənənəvi mətbəx nümunələrinin müasir restoran formatında təqdim edilməsi onun kulinariya fəaliyyətində əsas məqamlardan biridir.
Peşəkar fəaliyyətini sosial media ilə də birləşdirən Ceyhun Abadov müxtəlif video və məlumatlandırıcı paylaşımlar vasitəsilə kulinariya mövzularını daha geniş auditoriyaya çatdırır. Onun kontentində Azərbaycan mətbəxinin özünəməxsusluğu ilə yanaşı, təbii məhsullar, düzgün qida seçimi və gündəlik qidalanma vərdişləri kimi mövzular da yer alır.
Sağlam qidalanmanın təbliğini fəaliyyətinin vacib istiqamətlərindən biri hesab edən şef-master insanlarda qida seçiminə daha şüurlu yanaşmanın formalaşdırılmasına diqqət çəkir. Bu baxımdan hazırladığı kontent kulinariya ilə maarifləndirici yanaşmanı bir araya gətirir.
Fərqli konsepsiyada təşkil olunan layihə çərçivəsində öz sahəsində uğur qazanan Ceyhun bəy seçilən şəxslər arasında da yer alıb. O, kulinariya sahəsində əldə etdiyi nailiyyətlərə görə “Trend of the Year” mükafatına layiq görülüb. Mükafat “Caspian Events Group” tərəfindən təşkil olunan “Trend of the Year” tədbiri çərçivəsində təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB