Pensiya və müavinətlər bu tarixdə ödəniləcək

Pensiya və müavinətlər bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar sentyabrın 11-də ödəniləcək.

SİA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, müavinətlərin isə ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2026-cı ilin yanvar–iyul ayları ərzində 24,6 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə