“Uşaqlara göstərilən qayğıdan çox məmnunuq” - Valideyin

Buradakı şəraitdən, yaradılan imkanlardan və ümumi mühitdən razılıq ifadə olunub.

SİA xəbər verir ki, bu sözləri valideyn Elnarə Abdullayeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, övladı anadangəlmə əlilliyi olan uşaqdır və hazırda 18 yaşına çatmaq üzrədir.

Valideyn qeyd edib ki, uşaq müəssisəyə böyük həvəslə gedir və oradakı mühiti çox sevir. “Uşağım buraya sevə-sevə gəlir, oradan bura qədər piyada gəlir və çox razıdır”, – deyə o bildirib.

Elnarə Abdullayeva göstərilən diqqət və qayğıya görə əməkdaşlara təşəkkür edib və minnətdarlığını ifadə edib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə