Mətləb Salahov: “Sosial şəbəkələrdə təbliğ edilən ünsürlər milli genefonumuz üçün ölümcül təhlükə deməkdir”
“Artıq tam əminliklə demək olar ki, tik tok sosial platforması milli dəyərlərimiz, uşaq və yeniyetmələrimizin gələcəyi üçün əsl kabusa çevrilib. Bütün günü cinsi azlıqların, nikahdankənar yollarla uşaq dünyaya gətirən ləçər küçə “müğənnilərinin” önə çıxarılması, onların dəbdəbəli həyat şəraitinin sosial şəbəkə platformasında reklam olunması ilk əvvəl gələcək nəsillərimiz, xalq olaraq gələcəyimiz və genefonumuz baxımından olduqca təhlükəlidir.
Hətta erməni faşizmindən belə təhlükəli faktdır bu məsələ. Çünki Tik tok platformasında təbliğ olunan iyrənc təbliğat, ilk əvvəl azərbaycançılığımızı, milli dəyərələrimizi, oğlan uşaqlarımıza xas KİŞİLİK dəyərlərini məhv etməyi hədəf alıb. Bu fakt, olduqca təhlükə siqnalıdır”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Tik tok sosial şəbəkəsinə dövlət nəzarəti həmişəkindən daha aktual zərurətdir. Təsəvvür edin ki, bu günün tək reallığı ondan ibarətdir ki, nəzarətsiz sosial proqramlar və onlardan geri qalmayan sosial şəbəkə seqmenti bu xalqın mənəviyyatına, kişilik, qeyrət, ar-namus kimi müqəddəs dəyərlərinə düşmən kəsilib. Bu, qətiyyən iddia deyil, faktdır, acı reallıqdır. Bu nəzarətsiz sosial platforma və rəzalət efirlər o dərəcədə təhlükəli hal alıb ki, hətta minillik azərbaycanlı ailə dəyərlərinə belə qənim kəsiliblər. Cəmiyyət olaraq bu prosesə “dur” deməsək, inanın, daha böyük mənəvi zərbələr alacağıq”
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB