“Dini həmrəylik və barışın təmin edilməsi prioritetdir” - Fazil Mustafa

“Qanunvericilikdə də bu, bir "qırmızı xətt" kimi müəyyən olunub: heç kim digər şəxsi öz dini görüşlərini qəbul etməyə, ibadət etməyə və ya inanmağa məcbur edə bilməz. Bu, insan hüquqlarının ən əsas prinsiplərindən biridir. Bu baxımdan, biz dini həmrəyliyi və barışı təmin etmiş bir ölkənin nümayəndələri olaraq, belə bir tədbirin keçirilməsini olduqca vacib hesab edirik. Eyni zamanda, bu tədbirdə iştirak edən qardaş ölkələrdən gələn nümayəndələrlə birgə müzakirələrin aparılması, təcrübələrin paylaşılması, mövcud boşluqların və narahatlıqların aradan qaldırılması baxımından əhəmiyyətlidir. Əminik ki, bu tədbir zamanı iştirakçılar məhz bu istiqamətdə öz fikirlərini, baxışlarını və təkliflərini bölüşəcəklər".

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Din Xadimlərinin II Forumunun “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” panel iclasında çıxışı zamanı deyib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə