BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu ifadə edib
BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyevanın Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O, Vladanka Andreyevaya ölkəmizdəki fəaliyyəti dövründə bu əməkdaşlığın inkişafına dəyərli töhfələr verdiyinə görə təşəkkürünü bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Vladanka Andreyeva Azərbaycanda aparılan sosial islahatlar prosesində, sosial cəhətdən həssas qruplara dəstək göstərilməsi işlərində BMT qurumları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığın daim inkişaf etməsindən məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin əhəmiyyəti vurğulanıb.
Həmin sənəd əsasında nazirliyin müxtəlif fəaliyyət sahələrində, xüsusilə insan kapitalının inkişafı, layiqli əmək şəraitinin təşviqi və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətlərində görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB