" “Səssiz pnevmoniya” deyiləndə konkret olaraq pulmonologiyada belə bir termin əslində mövcud deyil. Pulmonologiyada əsasən iki növ pnevmoniya ayırd edilir:"tipik və atipik pnevmoniya" ". Bu sözləri SİA-ya açıqlamasında pulmonoloq Əsəd Beydullayev deyib.

Onun sözlərinə görə, tipik pnevmoniya bədən temperaturunun yüksək olması, qan göstəricilərinin artması və klinik əlamətlərin daha aydın şəkildə özünü göstərməsi ilə xarakterizə olunur: "Atipik pnevmoniyada isə bu hallar daha zəif şəkildə gedir. Temperatur yüksək olmaya bilər, xəstə halsızlıq, iştahsızlıq, az miqdarda öskürək və zəif klinik əlamətlərlə qarşılaşa bilər. Yəni xəstədə bariz simptomlar olmaya bilər. Məhz buna görə də bu hallara “səssiz pnevmoniya” deyilir.
Tipik pnevmoniyada rentgen görüntülərində aydın dəyişikliklər görünür, qan göstəriciləri yüksəlir və bədən temperaturu yüksək olur. Bu fərqlər törədici mikroorqanizmlərin növündən asılı olaraq meydana çıxır.
Müalicəyə gəldikdə isə, tipik və atipik pnevmoniyalarda antibiotik seçimi fərqlənir. Orta yaşlı və sağlam insanlarda bu xəstəlik adətən fəsadsız şəkildə müalicə olunur. Lakin yaşlılar, yanaşı xroniki xəstəlikləri olanlar və körpələr üçün bu vəziyyət ciddi təhlükə yarada bilər. Diaqnoz gec qoyularsa, ağırlaşmalar və hətta ölüm riski mümkündür.
Tövsiyəm budur ki, əgər üç gündən artıq davam edən qızdırma, halsızlıq, iştahsızlıq, öskürək və bəlğəm varsa, bunlar pnevmoniya əlamətləri ola bilər. Bu halda mütləq pulmonoloqa müraciət edilməlidir. Sizə böyük ehtimalla rentgen müayinəsi, qan analizi və digər müayinələr təyin olunacaq və diaqnoz dəqiqləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB