Amnistiya aktı Naxçıvanda 128 nəfərə şamil olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşəbbüsü ilə irəli sürülmüş Milli Məclisin qəbul etdiyi amnistiya aktının icrasına başlanılıb.

SİA-nın bölgə xəbər verir ki, dekabrın 22-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisində amnistiya aktının icrasına başlanılıb.

Naxçıvanda amnistiya aktı 128 məhkuma şamil edilib, 57 nəfər azadlığa buraxılacaq. Bu gün isə ilkin olaraq 15 nəfər azadlığa buraxılır. Onların 2-si Türkiyə, 2-si İran 2-si Türkmənistandan olmaqla 6-sı əcnəbi vətəndaşdır, biri qadındır.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə təqdim etdiyi Amnistiya Qərarının layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə