Türkiyənin Kahramanmaraş, Qaziantep və Adana şəhərlərinin nüfuzlu universitetlərində “Qardaşlıqdan strateji ortaqlığa: Türkiyə və Azərbaycanın XXI əsr baxışı” mövzusunda silsilə konfranslar təşkil olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Kahramanmaraş Sütçü İmam Universiteti, Qaziantep Hasan Kalyoncu Universiteti və Adana Çukurova Universitetinin Azərbaycan səfirliyi ilə birlikdə təşkil etdiyi tədbirlərdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov əsas məruzəçi qismində çıxış edib.
Səfir tərəfindən Azərbaycanın keçdiyi tarixi mərhələlər və müstəqillik yolu, tarixi zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi, ölkəmizin iqtisadi potensialı, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, Zəngəzur dəhlizi və onun əhəmiyyəti, eləcə də Türk dünyasının ortaq dəyərləri və əməkdaşlıq perspektivləri barədə geniş məlumat verilib.
Səfir qeyd edib ki, son dövrlər bəzi media platformalarında və sosial şəbəkələrdə Azərbaycana qarşı məqsədli şəkildə yayılmış dezinformasiyalar ciddi narahatlıq doğurur. Bu yanlış məlumatlar təkcə ictimai rəyə təsir etmək üçün deyil, həm də Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqliyə xələl gətirmək məqsədi daşıyır. Ona görə də belə hallara münasibətdə diqqətli olmaq, məlumatları mənbə dəqiqliyi ilə qiymətləndirmək xüsusilə önəmlidir. Bu prosesdə akademik dairələrin üzərinə böyük məsuliyyət düşür: onlar həm doğru məlumatların cəmiyyətə çatdırılması, həm də dezinformasiya ilə mübarizədə elmi əsaslı mövqeyin formalaşdırılması baxımından mühüm rol oynayırlar.
Səfər çərçivəsində Kahramanmaraş valisi Mükerrem Ünlüer, Kahramanmaraş Böyükşəhər bələdiyyəsinin sədri Fırat Görgel, Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru Alptekin Yasim, Qaziantep Böyükşəhər bələdiyyəsinin sədri Fatma Şahin, Hasan Kalyoncu Universitetinin rektoru Gül Rengin Küçükerdoğan, Adana valisi Yavuz Selim Köşger, Adana Çukurova Universitetinin rektoru Hamit Emrah Beriş ilə görüşlər keçirilib.
Görüşlərdə Azərbaycanın müxtəlif şəhərləri ilə Kahramanmaraş, Qaziantep və Adana şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması, bölgə rəhbərliyi səviyyəsində təmasların genişləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərlərinin təşkili, universitetlərarası akademik mübadilə, eləcə də birgə tədqiqat layihələri və təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin səfir Kahramanmaraş, Gaziantep, Adana Ticarət və Sənaye Odalarında “Azərbaycanda investisiya ümkanları” mövzusunda keçirilən tədbirlərdə çıxış edib. Tədbirlərdə iki ölkə arasındakı iqtisadi əlaqələr, işğaldan azad edilən Qarabağ bölgəsində yaradılan güzəştli biznes şəraiti və investisiya mühiti, eləcə də iş adamlarının Azərbaycana səfərlərinin təşkili müzakirə edilib. Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən türkiyəli sahibkarlar üçün ölkəmizdə yaradılan biznes mühiti və sərmayə fürsətləri haqqında geniş təqdimatlar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB