Bir neçə gün orta məktəblərdə tətil olduğu üçün paytaxt küçə və prospektlərində nəqliyyat sıxlığında müəyyən azalma müşahidə olunub. Bəziləri tıxacların əsas səbəblərindən birinin dərslərin eyni vaxtda başlaması olduğunu qeyd edirlər. Bu fonda iş və dərs saatlarının dəyişkən qrafiklə olması məsələsi yenidən gündəmə gəlib. Bəs bu problemin həlli nə zaman mümkün olacaq?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, vaxtların dəyişdirilməsi, müəyyən qrafiklərin təyin olunması müxtəlif ölkələrdə müxtəlif şəkildə tətbiq olunur:
“Bəzi dövlətlərdə məktəblər, dövlət qurumları və iri şirkətlər fərqli başlanğıc saatları müəyyən etməklə nəqliyyat yükünü günün müxtəlif vaxtlarına paylayır, bununla da pik saatlarda sıxlığın qarşısını almağa çalışırlar. Azərbaycanda da belə modelin tətbiqi mümkündür və bu məsələ uzun müddətdir müzakirə olunsa da, praktiki addımların atılması müəyyən planlaşdırma və koordinasiya tələb edir. İlkin mərhələdə müəyyən pilot layihələrin tətbiqi, iri məktəblərin və mərkəzi iş obyektlərinin qrafikində kiçik dəyişikliklərin edilməsi real nəticə verə bilər. Bu dəyişikliklərin nəqliyyat axınına təsiri analiz olunduqdan sonra daha genişmiqyaslı islahatların həyata keçirilməsi mümkündür. Əgər lazımi koordinasiya təmin olunsa, yaxın illərdə paytaxtdakı tıxac probleminin xeyli dərəcədə yüngülləşdirilməsi mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB