İnsanlar niyə öz qarşılaşdıqları problemə etiraz etmək istəmirlər? - PSİXOLOQ DANIŞDI
“İnsanlarda problemlərə etiraz etmək mədəniyyətinin formalaşması üçün uzun illər vaxt lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gövhər Məmmədova bildirib.
Onun sözlərinə görə, bu problem keçmişdən gələn problemdir: “Bizdə insanlar bunun üzərində formalaşmadığı üçün insanlar öz fikirlərini bildirməyə çəkinirlər. Bundan başqa insanların öz etirazlarını bildirməmələrinin səbəbi özgüvənin olmaması ilə bağlıdır. İnsanlar öz fikirlərini bildirsələr, cəmiyyət tərəfindən təcrid olunmaqdan qorxurlar. Problemlərə öz etirazlarını bildirə bilən insanlar isə, digər insanlar tərəfindən dəstəklənməməkdən qorxurduqları üçün öz etirazlarını bildirmirlər. Özgüvən probleminin olması insanların uşaqlıq dövrü ilə bağlıdır. İnsanlar öz uşaqlarına söz haqqı vermirlər. Yəni bir çox ailələr öz uşaqlarına söz azadlığı vermirlər. Onlar öz uşaqlarına “sən uşaqsan, sən qarışma” kimi ifadələrlə susdururlar. Ailədə hər hansısa bir mövzu ilə bağlı uşağın fikiri soruşulmur. Biz uşaqlıqdan əgər söz azadlığını inkişaf elətdirsək, uşaqda özgüvənə bağlı olaraq, yəni özgüvənlə böyüdüyü üçün öz fikirlərini ifadə etməkdə çəkinməyəcək. Ancaq biz uşaqda öz fikirlərini ifadə etmək istəyini basdırdıqda, artıq uşaq böyüdükdə öz düşüncələrini içində yaşamağa öyrəşir”.
İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB