Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə getmək istəyən şəxslərə müraciət edib. İdarənin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri SİA-ya bildirib ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi hər il Həcc ziyarəti üçün hazırlıq prosedurunun daha erkən başlaması üçün yeni işlər görür:
"Bu il Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün sənəd qəbulunun başlaması barədə göstəriş verib. Bu baxımdan, vizaların verilməsi prosedurunun da vaxtından tez başladılaraq Ramazan ayının sonunadək bitiriləcəyi gözlənilir. Həcc ziyarətinə getmək istəyən vətəndaşlarımızdan vaxtın çox qalmasına baxmayaraq, yerlər dolmadan qeydiyyata düşməyi xahiş edirik".
V.Cahangiri həmçinin vurğulayıb ki, hər gün vətəndaşlar qeydiyyat erkən başlasa belə Həcc ziyarətinə getmək üçün müraciət edirlər:
"Əksər vətəndaşlar mövsümün sonunda Həccə getmək üçün müraciət edirlər. Həmin ərəfədə isə kvota dolur və vətəndaş Həcc ziyarətinə gedə bilmir. Ona görə də zəvvarlara gec qalmadan müraciət etməyi məsləhət görürük".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB