Bu gün saat 10:00-dan etibarən "Tbilisi prospekti" ölçü qovşağının girişində yaranmış sızmanın ləğv edilməsi məqsədilə qaz təchizatı dayandırılacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Bakının Binəqədi rayonunun 6, 7 və 9-cu mikrorayonlarının, Motodrom, Varovski və Xutor yaşayış massivlərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsinin bir hissəsinin, Y.Hüseynov, X.Natavan, Q.Süleymanov, T.Şevçenko, L.Tolstoy, Ə.Qasımov, R.İsmayılov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB