Qubada əmək yarmarkası keçiriləcək

Noyabrın 27-də Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz regional məşğulluq filialı tərəfindən Quba şəhərində əmək yarmarkası təşkil olunacaq. SİA-nın bölgə müxbiri xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçiriləcək yarmarkada 9 müəssisə tərəfindən işsiz və işaxtaran şəxslərə 40 boş iş yeri təqdim ediləcək.

Vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun sahələri əhatə edir. Yarmarkada işəgötürənlərin nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat veriləcək.

Tədbirin təşkil edilməsində məqsəd işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə, vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə