Siyəzəndə şəhərdaxili avtomobil yollarının yenidən qurulması işləri davam edir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yenidənqurma işləri çərçivəsində şəhərin Heydər Əliyev və Murtuza Muxtarov küçələrinə asfalt döşənməsi başa çatdırılıb. Asfalt döşənən küçələr genişləndirilir, həmçinin sakinlərin rahat hərəkət etməsi üçün piyada səkiləri yenidən qurulur.
Siyəzən Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhərin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hazırda 8 küçədə yenidənqurma işləri aparılır. Bu küçələrə ümumilikdə 23 min kvadratmetr asfalt döşənəcək. Yenidənqurma işləri aparılan küçələrin böyük hissəsi yeni yaşayış massivlərini əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB