Televiziya verilişlərində qadınların alçaldılması niyə adi hal alıb? - EKSPERT RƏYLƏRİ
“Televiziya verilişlərinə dəvət olunan ekspertlər bəzən ağızlarına gələni danışırlar”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.
Onun sözlərinə görə, Audiovizual Şura tərəfindən belə hallarla bağlı telekanallara xəbərdarlıqlar olunur: “Audiovizual Şura telekanallardan tələb edə bilər ki, həmin o “ekspertlərin” fikirləri zərərli fikirlər olduğu üçün həmin şəxslər bir daha efirlərə çağırılmasın. Bu gün efirlərdə o qədər ağızının danışığını bilməyən adamlar var ki, ekspert adı ilə efirlərə çıxarılır. Ümumiyyətlə mən belə adamların efirlərə çıxarılmasının əleyhinəyəm”.
Mövzu ilə bağlı teleaparıcı Aytən Səfərova fikirlərini bölüşüb:
“Bizim proqramda efirə çağırılan ekspertlərə ciddi nəzarət var. Bəzən özlərini ekspert adlandıran şəxslər ekspert kimi pul verib efirlərə çıxırlar. Bu tendensiya adi hal alıb. Belə bir ifadə var. Redaksiya ekspertin dediyi fikirlərə görə məsuliyyət daşımır. Söylədiyi fikirlərə görə həmin şəxsin özü məsuliyyət daşıyır. Əgər həmin şəxs ikinci dəfə yenidən efirə dəvət edilirsə, burda məsuliyyət hər iki tərəfin yəni həm telekanalın, həm də ekspertin üzərinə düşür”.
Mövzu ilə bağlı media eksperti, Azvision saytının rəhbəri Vüsal Məmmədov SİA-ya fikirlərini bölüşüb:
“Kanallarda ictimai normaların qorunmasına qarşı daha həssas olmaq lazımdır. Digər tərəfdən, canlı yayım zamanı qonağın deyəcəyi hər sözə nəzarət etmək də olmur. Buna görə televiziyalar çox vaxt canlı yayımları gecikdirmə ilə verirlər ki, normalara uyğun olmayan fikirləri kəsib çıxarsınlar. Fəqət bu da bəzi hallarda texniki cəhətdən mümkün olmur. Bəzən isə nitqin hansısa hissəsi yox, bütövlükdə məzmunu qəbuledilməz olur. Belə hallarda məsuliyyəti televiziya daşımalıdırmı? Yəqin ki, hə, çünki çağırdığı qonağın dünyagörüşünü nəzərə almalıdır. Amma hər şeyi əvvəlcədən planlaşdıranda da verilişlər maraqsız olacaq. Bu vəziyyətdə telekanallar çəkiclə zindanın arasında qalırlar. Yəqin, Audiovizual Şura da bunu nəzərə alır. Amma qərarları ümumən bir qədər sərtləşdirmənin tərəfdarıyam. Çünki dəyərlər məzmundan daha vacibdir”.
İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB