Bu ilin on ayında pensiya ödənişlərinə 5 milyard 920 milyon manat vəsait yönəldilib

Bu ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 516 milyon manat və ya 10 faiz çox olmaqla 5 milyard 920 milyon manat vəsait yönəldilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Yanvar-oktyabr aylarında 35 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 173 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə