Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6 faiz və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür. SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin noyabrın 20-də keçirilən plenar iclasında deyib.
Nazir bildirib ki, bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB