Zaqatala və Balakən rayonlarında qəhvəyi mərmər bağacığına qarşı aparılan genişmiqyaslı tədbirlər bu il bölgədə zərərvericinin yayılmasının qarşısının alınmasında mühüm nəticələr verir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, agentliyin təşkilatçılığı ilə həyata keçirilən monitorinqlər çərçivəsində 10-dan çox kənddə 1 000-dən artıq yaşayış evi və tikili yoxlanılıb. Əsasən, qışlama üçün əlverişli olan çardaqlarda, tavanarası sahələrdə, köhnə tikililərdə və digər isti yerlərdə qrup halında yalnız yetkin fərdlər aşkarlanıb və məhv edilib.
Görülən tədbirlər sayəsində növbəti illərdə fındıq bağlarında yüz tonlarla məhsul itkisinin qarşısı alınıb. Bu isə hazırkı bazar qiymətləri ilə müqayisədə külli miqdarda iqtisadi itkinin qarşısının alınması deməkdir və geniş fındıq əkin sahələrinə malik olan Zaqatala və Balakən rayonlarının, ümumilikdə, bölgənin iqtisadi dayanıqlığı üçün strateji əhəmiyyət daşıyır.
Qəhvəyi mərmər bağacığı qışlama dövründə sığınacaq yerlərində qrup halında toplanır. Məhz bu dövrdə aparılan hədəfli mübarizə növbəti il üçün mümkün kütləvi artımın qarşısını alan ən təsirli müdafiə tədbiri hesab olunur. Qışlama mərhələsində həyata keçirilən məhvetmə prosesləri həm populyasiyanın azalmasına, həm də növbəti mövsümlərdə məhsuldarlığın qorunmasına mühüm töhfə verir.
Tədbirlərin səmərəliliyi nəzərə alınaraq, bölgədə ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB