"İnsanın zəkası onun intellektual səviyyəsi ilə dəyərləndirilir. Bu amil isə insanın cəmiyyətdə tutduğu mövqeyini təmin edən əsas şərtlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında İctimai xadim, şəhid ailələrinə dəstək tədbirlərinin təşkilatçısı, xeyriyyəçi, sosioloq Arzu Əliyeva deyib.

Onun sözlərinə görə, bəşəriyyətin inkişafını təmin edən ən mühüm amillərdən biri insanların intellektual səviyyələrinin fərqliliyidir: "Kainatın mövcudluğunu təmin edən prinsiplərdən biri “mütənasiblik prinsipi”dir. Bu prinsip insanın bioloji mövcudluğuna və intellektual fəaliyyətinə də aiddir.
İnsanın aldığı maaş, həyat tərzi və karyerası onun intellektual səviyyəsi ilə mütənasibdir. Dünya artıq rəqəmsal texnologiyalar və süni intellekt erasına qədəm qoyub. Bu gün insan həyatının hər bir sahəsində rəqəmsal texnologiyanın və süni intellektin müdaxiləsini müşahidə edirik. Bu sahələr isə yüksək intellektual zəkaların fəaliyyət sahəsidir. Artıq qol-əzələ “işgüzarlığı” dövrü bitmək üzrədir.
Əlbəttə, yüksək intellektual zəkaların maaşı, rifahı və karyerası “qol-əzələ işgüzarları”ndan qat-qat yüksəkdir və bu fakt psixoloji tarazlığın dəyişməsi ilə nəticələnir. Belə fərqlər isə cəmiyyətdə sosial təbəqələşmənin, psixoloji gərginliyin və “səhnəyə” sosial demaqoqların çıxmasına zəmin yaradır. Bu isə bütün dünyada təbii bir haldır. Özünü intellektual zəka ilə yox, onun maddi vəziyyəti ilə müqayisə edərək həsədə, qibtəyə və sosial demaqogiyaya üstünlük verənlər dövlətdən “mənə borcu var” düşüncəsi ilə yaşayırlar. Cəmiyyətdə psixoloji gərginliyin aradan götürülməsində və psixoloji tarazlığın bərpasında dövlətin və cəmiyyətin sosial siyasətinin mühüm rolu var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB