Bakının iki rayonunun qaz təchizatı dayandırılacaq

Bu gün Bakının Xətai və Binəqədi rayonlarının qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonu, Süleyman Vəzirov küçəsində və Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatının dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Süleyman Vəzirov, Fəzail Bayramov, Sergey Senyuşkin, Natiq Əliyev küçələrinin və Xocalı prospektinin, Binəqədi rayonunun isə 8-ci Mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə