"Ailədə baş verən itkilər – boşanma prosesi, övlad itkisi və s. – insan psixologiyasında dərin izlər buraxır. Bu hallarla qarşılaşan insanlar arasında psixoloji cəhətdən dayanıqlı olanlar da var. Onlar profilaktik olaraq psixoloji güc toplaya, öz üzərlərində işləyə və özlərini inkişaf etdirə bilirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bu səbəbdən də, onlar üçün itkini qəbul etmək daha asan olur: "Lakin psixoloji cəhətdən zəif olan, psixikasında müəyyən problemlər yaşayan, tez-tez narahatlıq keçirən və ya əvvəldən travma almış insanlar üçün bu cür itkilər daha ağır təsir göstərir.
Ümumiyyətlə, əgər ölüm kimi bir itkini nəzərdə tutsaq, bu zaman təbii ki, "yas müddəti" deyilən bir dövr var. Bu müddət bir neçə gün, altı ay və ya bir il çəkə bilər. Lakin əgər insan itkidən sonra üç ay ərzində özünü toparlaya bilmirsə, burada artıq psixoloji müdaxilə vacib olur. Hətta bəzən psixiatrın qəbuluna getmək də zərurətə çevrilir.
Ailə boşanması isə xüsusilə uşaqlara mənfi təsir göstərir. Eyni zamanda, bu prosesin özü hər iki tərəfə də ağır təsir edir. Amma bu da bir mərhələdir və insan bu mərhələdən keçməlidir. Yenidən ayağa qalxmaq, həyatı qurmaq üçün insan aktiv olmalı, işilə məşğul olmalı, sosial çevrəsini genişləndirməli və ətrafında pozitiv insanlar saxlamalıdır. Bacardığı qədər psixoloji dəstək almalı və enerjisinə müsbət təsir edən insanlarla münasibət qurmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB