Ankarada “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib
Ankarada Azərbaycanın Milli Dirçəliş Günü münasibətilə “İRS” Nəşriyyatı tərəfindən çap edilən “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib.
SİA xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyi və Qazi Universitetinin birgə təşəbbüsü ilə baş tutan tədbirdə diplomatlar, professor-müəllim heyəti, tələbələr, qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Qazi Universitetinin prorektoru Necdet Hayta, İRS jurnalının baş redaktoru Musa Mərcanlı, “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, Qazi Universitetinin Türk Dünyası Araşdırma Mərkəzinin rəhbəri Bülent Aksoy və tarixçi Selçuk Karakılınç çıxış ediblər.
Natiqlər “Daşları toplama zamanı” kitabında geniş işıqlandırılan Azərbaycan tarixi, doğma torpaqlarından zorla çıxarılan yüz minlərlə soydaşımızın yaşadığı faciələr, həmçinin Azərbaycanın tarixi və mədəni irsinin erməni vandalizminə məruz qalması barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda kitabın nüsxələri Qazi Universitetinə və tədbir iştirakçılarına hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170

.jpg)


USD
EUR
GBP
RUB