Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar-oktyabr aylarında 22 milyon müraciət edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 14 milyon dəfə istifadə olunub, 218 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim edilir. Həmçinin bir çox proaktiv xidmətlər, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin on ayı ərzində nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 399 milyon olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB