Portuqaliyanın Lissabon şəhərində “Web Summit 2025” tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan “Tada!” və “Enverson” startapları innovativ həlləri və texnologiyaları ilə ölkəmizi təmsil ediblər.
SİA xəbər verir ki, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, startaplar sammitdə investorlar, beynəlxalq texnologiya şirkətləri və ekosistemin əsas oyunçuları ilə tanışlıq imkanı əldə edib, fərqli bazarlardan gələn startaplarla təcrübə mübadiləsi aparıblar. Bununla yanaşı, süni intellekt və rəqəmsal innovasiya sahəsində ən son yenilikləri yerində öyrənərək məhsullarını təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq və beynəlxalq bazarlarda mövqelərini gücləndirmək üçün geniş imkanlar qazanıblar.
“ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov tədbir iştirakçılarına Mərkəzin fəaliyyəti, innovasiya ekosisteminə verdiyi töhfələr və “INNOLAND” rezidentlərinin təqdim etdiyi layihələr barədə geniş məlumat verib. O, xüsusilə startapların qlobal bazarlara çıxışı, innovativ texnologiyaların inkişaf etdirilməsi və investisiya cəlb etməsi istiqamətində Mərkəzin dəstəyini vurğulayıb.
“Web Summit” bu il də dünyanın ən böyük texnologiya platformalarından biri kimi 150-dən çox ölkədən 70 mindən artıq iştirakçı, minlərlə startap, investor və sənaye nümayəndəsini bir araya gətirib. Sammit süni intellekt, rəqəmsal transformasiya, dayanıqlı inkişaf, böyük data, kibertəhlükəsizlik və digər sahələr üzrə ən son qlobal trendlərin müzakirə olunduğu beynəlxalq mühit yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB