Qahirədə Misirin “Hivar” Siyasi və Media Araşdırmaları Mərkəzinin direktoru Əhməd Tahirin “Şuşa və gələcəyin qurulmasında üç istiqamət: coğrafiya, tarix və mədəniyyət” kitabının təqdimatı olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, kitabın elmi redaktoru Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Lalə Xəlilzadədir. Kitab BMTM-in maliyyə dəstəyi ilə nəşr olunub. Müqəddimə və üç fəsildən ibarət olan kitabda Şuşa şəhərinin tarixi, coğrafiyası, işğal altında üzləşdiyi dağıntılardan və işğaldan azad olunandan sonra həyata keçirilən genişmiqyaslı tikinti və quruculuq işlərindən bəhs edilir.
Mərkəzin direktoru Əhməd Tahir AZƏRTAC-ın müxbirinə müsahibəsində Şuşa ilə bağlı kitabın yazılması səbəblərini belə izah edib: “Şuşa özünəməxsus şəhərdir. Şəhərin geostrateji mövqeyi, şahid olduğu tarixi hadisələr, Azərbaycan mədəniyyətinin beşiyi olması, hərbi zəfərlərin baş verdiyi məkan olması məni bu mövzuya müraciət etməyə həvəsləndirdi. Şuşa 44 günlük müharibədə həlledici rol oynayıb. Dəniz səviyyəsindən yüksəkdə yerləşən şəhərin azad olunması Qarabağın digər ərazilərini düşmən işğalından xilas edilərək ana Vətənin qoynuna qaytarılmasına imkan verib”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB