"Sağlam ailə münasibətləri uşağın özünəinamını gücləndirir" - PSİXOLOQ İZAH ETDİ
"Uşağın şəxsiyyətinin formalaşması 3–12 yaş arası dövrdə baş verir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bu dövrdə ata ilə münasibət xüsusi önəm daşıyır: "Qız uşaqları atasına bağlı olduqda daha özünəinamlı və dayanıqlı olur; oğlanlar isə atadan özünə dəyər hissini və xarakter nümunələrini öyrənirlər. 3 yaşdan əvvəl, eləcə də 3–12 yaş arasında atayla müntəzəm və keyfiyyətli təmasın olması uşağın emosional və psixoloji inkişafı üçün vacibdir. Bu mərhələdə uşaqlarda “Edip-Elektra kompleksi” formalaşır: qız uşaqları atasına bağlılıq hiss edir və analarına qarşı qısqanclıq yaşayır, oğlan uşaqları isə anasına bağlılıq göstərir və ataya qarşı rəqabət hissi inkişaf etdirir. Bu kompleks uşağın ilk şəxsiyyət quruluşunu və emosional böhranını ifadə edən əsas mərhələdir.
Ata-ana arasındakı münasibət bu yaş dövründə uşağın inkişafına birbaşa təsir göstərir — həm müsbət, həm də mənfi istiqamətdə. Xüsusilə 3–6 yaş dövründə ata anaya sevgi, diqqət və dəstək göstərdiyi zaman, bu, uşağın psixoloji və emosional inkişafına sağlam təsir edir, onun sosial bacarıqlarının və özünəinamının formalaşmasına kömək edir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB