Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi "Kolonializm: dini-milli kimliyin silinməsi" mövzusunda beynəlxalq konfrans çərçivəsində fləşmob keçirilib. SİA xəbər verir ki, fləşmob Kanakidə qanunsuz həbs edilmiş insanlara həsr olunub.
Fləşmob iştirakçıları həmin şəxslərin, həmçinin müstəmləkə qurbanlarının fotolarının əks olunduğu köynəkləri geyinib, siyasi məhbusların portretlərini qaldırıblar.
Sonda isə kolonializmlə mübarizədə həmrəylik nümayiş etdirilib.
Fləşmob zamanı, həmçinin siyasi məhbusların fotoları videoçarx şəklində böyük ekranda nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə