Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib
Lider mobil operator əhalinin rəqəmsal savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərini davam etdirir. Uşaqların rəqəmsalmühitdə mövcud təhlükələrdən qorunması məqsədilə həyata keçirilən layihənin növbəti mərhələsində700-ə yaxınməktəbli və 100-ə yaxın valideyn xüsusi təlimlərdə iştirak edib.
Bu etapda təlimlər Bakı, Sumqayıt, Quba, Xızı, Astara və Mingəçevirdə keçirilib. İnteraktiv dərslər zamanı şagird və valideynlər rəqəmsal təhlükəsizliyin əsas aspektləri ilə tanış olublar.
Mütəxəssislər tərəfindən təqdim edilən təlim proqramıvirtual tanışlıqların təhlükələri,şəxsi məlumatların qorunması, onlayn fırıldaqçılıq, trollinq, kiberbullinq ilə mübarizə üsulları kimi bir çox vacib mövzuları əhatə edib.
Təlimlər beynəlxalq standartlara uyğun şəkildə “GİD CSR Consulting” tərəfindən sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilib .
Qeyd edək ki, Azercell on ilə yaxındır ki internet təhlükəsizliyi mövzusunda maarifləndirməlayihələri təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB