"Sosial şəbəkələr də atom silahı, lazer silahı kimi bir vasitədir" - ŞƏRH EDİLDİ
"Sosial şəbəkələr də atom silahı, lazer silahı kimi bir vasitədir". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib.
O bildirib ki, sosial şəbəkələrdən xeyirxah məqsədlərlə də, bəd niyyətlə də istifadə etmək olar: "Mənə elə gəlir ki, bu cür fırıldaqların qarşısını almaq üçün sosial media iştirakçıları müəyyən etik öhdəliklər götürməlidirlər. O öhdəliyə əməl etməlidirlər. Əlbəttə ki, bu fırıldaqların qarşısını almalı olan orqanlar var. Bunlar Hüquq Mühafizə orqanlarıdır. Qanunvericilikdə onların üzərinə öhdəlik qoyulur. Onlar da bununla məşğul olmalıdırlar. Bundan əlavə bəzən internetdə, sosial şəbəkələrdə gerçək humanitar aksiyalar keçirirlər. Xəstələrə, kiməsə yardım istəmək kimi aksiyalar olur. Təəssüf ki, bu fırıldaqçıların bu işlərinin də çox mənfi təsiri olur. İnsanların inamını azaldır, tükəndirir, insanlar artıq belə şeylərin gerçək, yoxsa yalan olduğu haqqında düşünürlər. Ona görə, inamı sarsıdır. Sosial şəbəkə fırıldaqçılarına qarşı hesab edirəm ki, müxtəlif təsirli mübarizə üsulları tapılmalıdır.
Mətbuat azadlığı özbaşınalıq deyil. Mətbuat azadlığı, demokratiya xaos deyil. Azadlığı əldə edib məsuliyyəti unudanda, mətbuat azadlığı gözdən düşür. Biz bunları qoşa qanad kimi aparmalıyıq. Mətbuat azadlığından silah kimi istifadə etmək olmaz. Bu kütləvi qırğın silahı deyil, kütləvi məlumat vasitəsidir.
Azərbaycanda “Media haqqında” qanun layihəsi hazırlanıb. Qanun layhəsinin hazırlanmasında məqsəd informasiya təhlkəsiziliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır. Qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir".
Bütün xəbərlər Facebook səhifəmizdə