“Texnogologiya Geosiyasəti” mövzusunda akademik seminar keçirilib - YENİLƏNİB -FOTOLAR
Bu gün Xəzər Universitetində “Texnogologiya Geosiyasəti” mövzusunda akademik seminar keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib.
Akademik seminarın açılış proqramında Türkiyənin Azərbaycandakı səfiri prof. Birol Akgün iştirak edib: "Türkiyə və Azərbaycan iki ölkənin beynəlxalq arenada nüfuzunu müdafiə, enerji və digitallaşma sahələrində birgə əməkdaşlıqla daha da artıracaq. Türkiyənin müdafiə sənayesində yerli istehsalı, SİHA-lar ölkəyə yeni fürsət pəncərəsi açıb. Bunlar digər ölkələrlə əməkdaşlığa böyük təsir göstərir. Bu kontekstdə Türkiyə-Azərbaycan əməkdaşlığı strateji mövqeyə sahibdir. Azərbayca və Türkiyə müdafiə sənayesində daha güclü əməkdaşlıq təsis etməyə çalışır.
Digər əməkdaşlıq yolu isə digital transformasiya və süni zəka sahəsidir. Türkiyə və Azərbaycan müdafiə, enerji və digitallaşma sahəsində iki ölkənin beynəlxalq arenada nüfuzunu birgə əməkdaşlıqla daha da artıracaq.
Texnologiya böyük fürsətdir, ancaq insanlara mənfi və ya müsbət nələr gətirəcəyi bilinmir. Texnologiyadan keçmək olmaz, ancaq ondan istifadə tənzimlənməlidir. Texnologiya uzun müddətdir transformasiyalarda aktiv iştirak edir. Süni zəkanın bizi haraya aparacağı dəqiq deyil. Bu gün texnologiya dünyasının gələcəyə necə təsir göstərəcəyini araşdıran çox insan var. Texnologiya artıq siyasətə də təsir etməyə başlayıb".
Diplomat smartfonların yeniyetmələrə təsirindən də söz açıb: “Yeni nəslin təxminən 2010-cu ildən etibarən smartfon istifadə etməsinin onlara təsirini yeni-yeni anlamağa başlamışıq. İntihar faizi artmağa başlayıb. 16 yaşına kimi gənclərə smartfonlardan istifadənin qadağan edilməsi istiqamətində təkliflər mövcuddur. Kitablar deyir ki, intiharın səbəbi psixologiya yox, sosiologiyadır. İnsan da tənhalaşdıqca buna meyil edir.
Azərbaycan və Ermənistan arasında sülhün təmini bütün dünyaya böyük fayda verər. Türkiyə işğaldan azad edilən ərazilərin yenidən qurulması və bərpası işlərində strateji rol oynayır: "Türkiyə Azərbaycanla qardaşlıq münasibətlərini dərinləşdirməyə davam edəcək".
Diplomat Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə də toxunub: "Bölgədə sülhün təsis edilməsi təkcə region ölkələrinə yox, həm də bütün dünyaya böyük fayda verər.
B.Akgün Türkiyənin xüsusilə sənaye sahəsində yerli istehsala söykənən addımları, pilotsuz uçuş aparatları müharibə doktrinalarında dönüş yaradıb və ölkəyə yeni strateji üstünlük pəncərəsi açıb: "Bu, Türkiyəyə sadəcə milli təhlükəsizlik baxımından deyil, həm də dost və müttəfiq ölkələrlə münasibətləri dərinləşdirmək baxımından önəmlidir. Bu kontekstdə Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycan ortaq müdafiə və enerji siyasətləri ilə daha təsirli bir münasibətə sahibdirlər".
Eyni zamanda proqramın panel müzakirəsində prof. Erman Akıllı (Ankara Hacı Bayram Vəli Universiteti) və dr. Gloria Shkurti Özdemir (SETA) iştirakçılara geosiyasətin texnologiyası mövzusunda nəzəri və praktik seminar veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə