Kustar üsulla partlayıcı maddə hazırlayanların DİQQƏTİNƏ! - QURUM RƏSMİSİ VƏ EKSPERT AÇIQLADI
Müasir dövrdə internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır.
Cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də əlçatanlığı ilə cəlb edən sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar. Bu platformanın səmərəli əks-əlaqə imkanları onu əlverişli kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də təsir kanalına çevirir. Sosial şəbəkələr yenilikləri ilə bərabər, elmi-mədəni və mənəvi-əxlaqi dəyərlərə, gənc nəslin psixoloji-fiziki yetkinləşməsinə və tərbiyəsinə, ümumən ictimai davranış və münasibətlər sisteminə ciddi təhlükələr doğurur. Eyni zamanada sosial şəbəkələrdə evdə hazırlanan partladıcı maddələr nümayiş edilir. Bəzi gənclər kimyəvi maddələr, evdəki ləvazimatlarla partladıcı maddələr hazırlayır və bunu sosial şəbəkə platformalarında reklam edirlər. Bu insanlarla necə mübarizə apara bilərik və cəza tətbiq olunmalıdırmı? SİA mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin və təhlükəsizlik ekspertinin fikirlərini öyrənib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov: "Yayılan həmin görüntülərlə bağlı araşdırma aparılır. Görüntüdə əks olunan partlayıcının qaba yerləşdirilən hansısa protexniki vasitə olub-olmaması araşdırma predmetidir".
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev: "Bu, sadəcə məsuliyyətsiz davranışdır. Bunu çəkib paylaşmaqla məqsəd, yəqin ki, diqqət cəlb etməkdir. Ancaq çox məsuliyyətsiz davranışdır. Bu videoya baxan heç kim ibrət götürməsin. Valideynlər də uşaqlarını belə hallardan çəkindirsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə