Sosial şəbəkələrin yaranma məqsədi nə idi? - MÜNASİBƏT BİLDİRİLDİ

"Sosial şəbəkələrin yaranma məqsədini iki aspektdən dəyərləndirmək olar. Çünki sosial şəbəkələrin yaranma amalı sırf müəyyən forumu, qurupu, toplumu bir araya gətirmək idisə, bizə nə qazandırdı faktoru tamam fərqlidir". Bu sözləri SİA-ya açıqlamasında Tedroid Media-nın həmtəsisçisi Bəxtiyar Həsənov deyib.

O bildirib ki, sosial şəbəkələrin varlığı hazırda sırf başlanğıcdakı kimi müəyyən bir network formalaşdırmaq yox, başlıca olaraq gəlir modeli, şirkətlərin üzərindən qazanc formalaşdırdığı bir sistemə çevrilib: "Bildiyimiz kimi hazırda sosial media ən böyük marketinq vasitələrindən biridir. Bütün şirkətlər marketinq dedikdə ilk növbədə sosial şəbəkələrdən istifadə edir. Amma biz yaranma məqsədinə qayıtsaq, yaranma məqsədi insanları müəyyən networkinglə bağlı bir-birləri ilə nələrsə bölüşə biləcək alət kimi olması idi. Məsələn, ən sadəsindən baxsaq, Facebook, Instagramda başlanğıc olaraq məqsəd ancaq sosial network yaratmaq istəyən şəxslərin "Facebook"da öz fikirlərini bölüşməsi idisə, "Twitter"da başlanğıc mərhələsində "Facebook"a nisbətən fərqli olaraq qısa 150 simvol limitində öz fikirlərini Twit atması idisə, "Instagram"da insanların öz networkingini şəkillərlə bölüşməsi ilə paylaşması ön planda idi. Amma bunların hamısının ortaq bir məqsədi var idi. İnsanların öz aralarında fikir, yaxud da, həyat tərzi nümunəsini paylaşmaqdan ibarət idi. Başlanğıcda insanların rəsmi üslubda bir-birləri ilə fikirlər bölüşə biləcəyi, başlıca olaraq iş axtara biləcəyi forum idi. Zamanla ancaq sosial media mədəniyyətinin formalaşması ilə indiki halını aldı. Hazırda sosial media bizə çox şey qazandırır. İstədiyimiz hər şeylə bağlı məlumat almaq imkanına malikik".

"Sosial şəbəkə anlayışı bizə nə qazandırdı dedikdə sosial networking anlayışından tamam kənara çıxıb marketinqə gəlirik. Sosial media faktoru hər bir insanın gündəlik həyatında istifadə etdiyi bir şeydir. Bu xidməti sizə pulsuz təklif edən şirkətlər sizə nələrin maraqlı olduğundan, hansısa media şirkəti o kütləyə nə xitab edərək ondan necə qazanc əldə edə biləcəyindən, hər bir sosial medianın sahibi olan şirkətin ayrı, onu istifadə edən istifadəçilərin ayrı gəlir modeli olan mexanizmə çevrilib. Şirkətlər hazırda sosial medianı piar etmək, marketinqdən istifadə etmək üçün istifadə edirlər. Siz sadəcə istifadəçisinizsə, sizin üçün o qədər də əhəmiyyətli olmayacaq, məlumat almaq, vaxt keçirmək üçün istifadə edirsiniz.

Digər tərəfdən də abunəlik xidmətləri getdikcə artır. Məsələn, iş axtarmaq üçün platformaya çevrildi, sonra genişləndirildi. Abunəlik xidmətləri satılır, o abunəlik xidməti ilə şirkətinizə ən uyğun işçini belə süni intellekt alətinə pul verib sosial şəbəkədən almaqla o xidmətləri əldə edə bilərsiniz. Digər tərəfdən "Instagram"da paylaşdığınız bir şeyi kütlə qarşısına çıxarmaq istəyirsinizsə, marketinq mövcuddur. Çünki siz ödəniş edirsiniz. Hər hansısa şirkəti reklam edəcəksinizsə, o, sizin üçün sosial şəbəkə üzərindən gəlir modelinə çevrilir. Bu kimi əsas faktorlar var ki, sosial şəbəkələr bir növ rəqəmsal marketinq aləti kimi istifadə olunur, nəinki başlanğıcda biz onu networking aləti kimi istifadə edirdik. Nisbətən networking imkanları sosial şəbəkələrdə daha azdır, daha çox müəyyən gəlirə, müəyyən nəticə əldə etməyə fokuslanır. Orada da iki istiqamət ancaq sadə istifadəçilər və marketinq imkanlarından istifadə edən istifadəçilərə görə bölünür" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə