"Yuxuma gəl, şəhid balam" adlı kitabın təqdimatı keçirilib - YENİLƏNİB - FOTOLAR

"Yuxuma gəl, şəhid balam" adlı kitabın təqdimatı keçirilib - YENİLƏNİB - FOTOLAR

Bu gün Azərbaycan Yazıçılar Birliyində Azərbaycan Yazıçılar və Jurnalistlər İttifaqının üzvü, şairə-publisist, Prezident təqaüdçüsü Zeynəb Bəhmənlinin "Yuxuma gəl, şəhid balam" adlı 11-ci kitabının təqdimatı keçirilib.

SİA xəbər verir ki, təqdimatda Yazıçılar Birliyinin üzvləri, şair və yazıçılar iştirak ediblər .

Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kitab şəhid Allahverdiyev Rafiq Gülüş oğlu haqqında yazılmışdır.

Kitabın redaktoru şair-publisist "Qoşa Ulduz" jurnalının redaktoru, AJB-nin üzvü, "Qızıl qələm" ali media mükafatı laureatı Qızbəs Qəbələdir.

Zeynəb Bəhmənli Füzuli rayonunun Böyük Bəhmənli kəndindəndir. Bəhmənli kəndindən 62 şəhid var. O qeyd edib ki, kitab şəhid valideynlərinin xahişi ilə ərsəyə gəlib.

Materiallar toplanıb Faiq Qismətogluna təqdim olunub. Kitabın nəşrindən 10 gün əvvəl şəhidin anası rəhmətə gedib kitabı görməyib. Kitab şəhidin yaxın adamları, onu tanıyanlardan toplanan xatirələrlə yazılıb.

Onu deyək ki, kitabın Bəhmənli kəndində də təqdimat mərasimi keçirilib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə