Bədən dili davranışlarla idarə olunan ünsiyyət növüdür. Belə bir məsəl var ki: “biz sussaq belə bədənimiz danışır”. Bəzən həqiqətən aramızda olan insanların bizə olan münasibətlərini, fikirlərini onların bədən dilinə nəzər salıb anlaya bilirik”. Bunu SİA-ya açıqlamasında psixoloq Nuranə Cəfərova deyib.

N.Cəfərova bildirib ki, bizdə ümumiyyətlə bədən dilinə görə insanları anlama, tanıma qaydaları var: “Bədən dili insanın şifahi ünsiyyətidir. Bədən dilində şüuraltı düşüncələr, davranışlarımız təsir etdiyi üçün bu zaman təbii ki, jestlər burda öz əksini tapır. Bəzən, bədən dilinə görə insanları yalnış dəyərləndirmə edirik yəni qarşımızdakı insan bilərək bədən dilindən istifadə edərək bizləri yanıltmağa çalışa bilər. Ümumiyyətlə bədən dili heç bir zaman öz başına danışmır yəni müəyyən qaydalara əsaslanır. Hansı qaydalar ki sonra bizə o kodları açmağa kömək edir. Bu günləri bədən dilimizin yalnış ifadəsi bizim həyatımızın gedişatına da maneə ola bilər. Çünki sənin davranışların qarşındakı insanın düşüncələrində, beynində sənin haqqında ilkin təəssurat yaradır. Sən nə qədər ona qarşı nitqini dəyişməyə çalışsanda, ilkin təməli sənin bədən dilin qoyur. Bu günləri çalışdığımız qədəriylə bədən dilindən düzgün ifadə etməliyik. Çünki sən susarsan amma bədənin danışar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB