Türkiyə Statistika İdarəsi dekabr ayı iqtisadi etimad indeksi məlumatlarını açıqlayıb
Türkiyədə iqtisadi güvən indeksi 2023-cü ilin dekabr ayında aylıq bazda 1,1 faiz artaraq 96,4-ə yüksəlib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Türkiyə Statistika İdarəsi dekabr ayı iqtisadi etimad indeksi məlumatlarını açıqlayıb. Buna əsasən, indeks noyabrda 95,3 ikən dekabrda 1,1 faiz artaraq 96,4 olub.
İstehlakçı güvən indeksi də dekabr ayında aylıq bazda 2,6 faiz artaraq 77,4-ə yüksəlib.
Eyni dövrdə real sektor güvən indeksi 0,5 faiz azalaraq 103,4 olub.
Xidmət sektoru güvən indeksi 1,2 faiz artaraq 112,3-ə çıxıb.
Pərakəndə ticarət sektorunda güvən indeksi 4,5 faiz artaraq 116,8, tikinti sahəsində isə 3,3 faiz azalaraq 88 olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB