İnsanlar niyə empatiya qura bilmirlər?

"İnsanlar ağ-qaradan ibarət olduğuna, dünyanı ağ-qaradan ibarət gördüyünə görə həmin ağ-qaranın rəngarəngliyi çoxalanda onlar empatiya qura bilmir. İstər ruhsal, istər düşüncə tərzində, istərsə də zövqlərində get-gedə qaranlığa qərq olurlar" bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Psixoloq empatiya hissinin idarə edilməsi ilə bağlı bildirir ki: "İnsan doğulduğu andan instinkdən empatiya qurmaq bacarığına sahib olsa da, onu idarə edə bilmir. O hissi idarə etmək üçün insanın şüurunun inkişafı lazımdır. Bu idarəetmə bacarığı bir çox insanlarda müsbət təsir göstərdiyi kimi empatiyanı dərk edərək, onun zövqünü ala bilir və həmim zövqü yaşayır. Narsist şəxsiyyət tipində olan insanlar empatiya qura bilmir. Bu tip insanlar daim diqqət mərkəzində olmağa çalışdıqları üçün "mən deyim", "mən eşidim", 'məni duysunlar" bunları düşünən insanlar qarşıdakı insanın onu dinləyərkən nə düşündüyünü anlayıb qəbul edə bilmir. Yegan şəxsiyyət tipidir ki, narsist onlar empatiya qura bilmirlər".

A.Ələkbərova empatiya hissinin insana qazandırdığı müsbət təsirlərindən söz açır: "Empatiyanın nə qazandırdığını insanlar anlasa, hər kəs empatiya qurmağın, empatiyanın sonunda hansı uğurlu addımların atılacağını görüb də empatiya qurmadığı dövrlərinə belə "kaş ki vaxtında bu empatiyanı qurardım" deyib heyifsələnəcəklər. Mənən insan rahatlıq tapdığı bir şeyi özünə qıymalıdır. Empatiya qurmaqla sən ruhən özünə qıyırsan. Özünü yaxşı hiss etməyə başlayırsansa, empatiyanı qurmaqla sən gələcəkdə iş mövqeyində uğurlu yollara addımlar atmaqla birinci siyahıda olacaqsan. Empatiya qurmağa çalışan şəxs eyni zamanda, empatiyaya qarşısındakı başa düşməklə başlayır. Burada koqnitiv səviyyə var ki, bu empatiyanın ən başadüşülən səviyyəsidir. Burada insan istədiyi hər bir şeyi əldə edə bilir. Digər tərəfdən duyğu təbəqəsində sağlam, şəxsiyyətə sahib olmayan bir insan daimi qəzəb, tamah əsiri olduğu üçün empatiya qura bilmədikdə öz duyğularının əsrinə çevirilirlər. Peşəmizin ən gözəl hissəsidir. Empatiya qurarkən baxdığın gözlər, səni dinləyən insanlar, sənin dinlədiyin insan ruhlarının hansı vəziyyətdə olması, sən onların bir ümid yeri olduğunu gördüyün halda necə həmin empatiyanı qura bilməyəsən?! Bu empatiyanı qurubda, onun zövqünü yaşayıb insanın gözündəki xoşbəxtçiliyi ona nəsib anlayaraq ona nəsib edirsən. Bir-birini anlamayan insanlar, bir-birini eşitməyən insanlardır".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə