Pakistan XİN başçısı Hakan Fidanla Qəzzanı müzakirə edəcək

Pakistanın xarici işlər naziri İshak Dar İstanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşəcək. SİA xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, nazirlər Qəzzadakı son prosesləri müzakirə edəcəklər.

Qeyd edək ki, bu gün İstanbul Qəzza ilə bağlı toplantıya ev sahbliyi edir. Toplantıda Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniya xarici işlər nazirləri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə