Naxçıvan şəhərində elektrik enerjisinin verilişində fasilələr olacaq

Noyabrın 4-də saat 10-dan 14-dək “Azərişıq” ASC-nin Naxçıvan Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən, 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyasından çıxan 20 nömrəli 10 kV-luq elektrik verilişi xəttində təmir-bərpa işləri aparılacaq. Naxçıvan RETSİ-dən SİA-nın bölgə müxbirinə bildirilib ki, bununla əlaqədar Naxçıvan şəhərinin Səməd Vurğun, Şəhriyar və Xətai məhəllələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə