"Konstitusiya və Suverenlik İli" və 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə əməkdaşlığı çərçivəsində aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə paytaxt və regionda sosial-hüquqi aksiyalar keçirilib. VK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 30-da Ağsu rayon şahmat məktəbində Milli Məclisin deputatı Elçin Mirzəbəylinin, noyabrın 1-də isə Bakı şəhəri, Xətai rayonu, 86 nömrəli orta məktəbdə deputat Mixail Zabelinin təşəbbüsü və kollegiyanın dəstəyi ilə növbəti hüquqi maarifləndirmə aksiyaları təşkil olunub.
Aksiyalar çərçivəsində Ağsu rayon Vəkil Bürosunun və “Presedent” Vəkil Bürosunun vəkilləri tərəfindən ümumilikdə 45 vətəndaşa pulsuz hüquqi yardım göstərilib.
Vəkillər tərəfindən müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, vətəndaşların müraciətləri dinlənilib, hər bir məsələ üzrə fərdi yanaşma nümayiş etdirilərək aidiyyəti üzrə istiqamətləndirmələr aparılıb.
Müraciətlər əsasən inzibati işlər, mülkiyyət hüquqlarının müdafiəsi, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbləri və digər sosial xarakterli məsələlərlə bağlı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB