TDT çərçivəsində Azərbaycanın və Türkiyənin liderliyi böyük əhəmiyyət kəsb edir
Türk Dövlətləri Təşkilatı( TDT) çərçivəsində Azərbaycanın və Türkiyənin liderliyi böyük əhəmiyyət kəsb edir. Bəzi Türk dövlətlərinin də təşkilata üzv olmasını səbirsizliklə gözləyirik. SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən mətbuat konfransında Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici söyləyib.
O bildirib ki, iki ölkənin orduları arasında keçirilən çoxsaylı birgə təlimlər bizim birliyimizi və gücümüzü daha da artırır.
"Ölkələrimiz arasında sərbəst ticarətin genişləndirilməsi, təhsil sahəsində tələbə mübadiləsinin artırılması və iqtisadi əlaqələrin dərinləşdirilməsi vacibdir.
Enerji, müdafiə və digər sahələrdə görüləcək çoxlu işlər mövcuddur və bu məsələlərin tezliklə həllini tapacağına inanıram",- deyə partiya sədri vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB