İmmun sisteminin zəifləməsində psixoloji faktorların rolu nədən ibarətdir? - PSİXOLOQ FİKRİ

İmmun sisteminin zəifləməsində psixoloji faktorların rolu nədən ibarətdir? - PSİXOLOQ FİKRİ

"İmmun sisteminin zəifləməsində psixoloji faktorlar müəyyən rol oynayır. Psixomatik düşüncə pozuntusu immunitetin aşağı düşməsinə səbəb ola bilir. İnsanda yaz-payız depressiyası zamanı hər hansı bir ruh halı pozuntusu, iştahsızlıq baş verərsə immunitet aşağı düşür". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

A.Ələkbərova sözlərinə davam edərək bildirib ki, psixoloji immunitet güclü olmasa, immun sistemi sıfıra bərabərləşir: "Bir çox xəstəliklərin səbəbi də elə psixoloji immunitetin zəifləməsindən irəli gəlir. Düşüncəmizdə "halım pisdir, özümü narahat hiss edirəm, onsuzda bizdə irsi olaraq bu xəstəlik var" kimi məqamları özümüzə təlqin edirik. Bu zaman insan həm duyğusal pozuntu yaşayır, həm də özündə psixoloji olaraq xəstəliyi tətbiq edir. Yəni, insan psixomatik olaraq özü-özünə təsir göstərir. Bu təsirin nəticəsində orqanizmin immun sistemi zəifləyərək müxtəlif səbəblərin yaranmasına səbəb olur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə