"Dindən sui-istifadə edənlər çoxdur" - Mübariz Qurbanlı

"Dindən sui-istifadə edənlər çoxdur" - Mübariz Qurbanlı

"Bu gün dindən müxtəlif məqsədlər üçün sui-istifadə edənlər çoxdur". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Media və dini təhlükəsizlik" mövzusunda keçirilən konfransda deyib.

Sədr dinin siyasətdən kənar olduğunu deyərək vurğulayıb: "Bütün dinlər insanları birliyə, dostluğa, qardaşlığa çağırır. Müxtəlif radikal qruplaşmalar isə din adından öz məqsədləri üçün istifadə edirlər. Buna görə də dini olduğu kimi çatdırmaq, insanları maarifləndirmək lazımdır".

Xalqı maarifləndirməkdə medianın əhəmiyyətindən danışan M.Qurbanlı Zərdabi məktəbindən müasir dövrə kimi Azərbaycan mediasının gördüyü işlərdən bəhs edib: "Əvvəl insanlar informasiyanın arxasınca gedirdisə, indi media bizim yanımızdadır, mediasız yaşamaq mümkün deyil".

Sədr sonda 22 iyul Milli Mətbuat Günü münasibətilə konfransda iştirak edən bütün media nümayəndələrini də təbrik edib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə